M.Ferstappen özünü ən güclü hesab edir

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, özünü Formula1 tarixinin ən güclü sürücülərindən hesab edir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü 2015-ci ildə 17 yaşındaykən idmanda debüt etmiş və 2016-cı ildə Red Bull-a keçdikdən sonra qalib gələrək Formula1 tarixinin qələbə qazanan ən gənc sürücüsü olmuşdu.

Maks Ferstappen: “Formula1-in ən yaxşı sürücüsünü seçmək çətindir. Hamı eyni bolidə sahib olsa, onda nəticə çıxara bilərdik. Özümü ən güclülərdən biri hesab edirəm. Belə olmasaydı, evdə oturardım. İstedadınıza güvənmirsinizsə, heç nə etməyin mənası yoxdur. Məqsəd ən güclü olmaqdır və mən də bunu isbatlamalıyam. Gələcəkdə bunu etmək istəyirəm. Lakin hər şey boliddən asılıdır. Özümü heç kəslə müqayisə etmək istəmirəm. Özünüz olmalısınız. Bu, ən doğrusudur. Formula1-də hər şey göz qırpımında dəyişir. Əvvəl performansınızı bəyənərlər, sonra axmaq olduğunuzu deyərlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*