M.Ferstappen: Özümü xoşbəxt hiss edirəm

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, özünü çox xoşbəxt hiss edir.

F-1.az xatırladır ki, niderlandlı sürücü İspaniyada əla performans göstərir. O, sərbəst yürüşlərin hər üçündə birinci olduqdan sonra məharətini sıralanma turunda da göstərib. Belə ki, 25 yaşlı pilot Karlos Saynsa 0.4 saniyə fərq ataraq, Barselonada ilk dəfə poul qazanıb. Özü də gənc pilot heç son cəhdində dövrə vurmayıb. Yoxsa bu fərq daha böyük olacaqdı.

Maks Ferstappen: “Bolid doğrudan da əla idi. Təbii ki, sıralanma turu hava şəraitinə görə bir az çətin başladı, ancaq tras quruduqdan sonra relsə oturdum. Xüsusi ilə son sessiyada özümü çox yaxşı hiss edidirm. Bu güm maşını sürməkdən doğrudan da həzz aldım.

Ümumilildə Barselonaya gəlməyi sevirəm, trası sevirəm, azarkeşləri sevirəm. Azarkeşlər də yarışı sevirlər. Burada gözəl xatirələrim olub. Ümid edirəm ki, sabah biri də olar”.

Xatırladaq ki, niderlandlı sürücü 2016-cı ildə Barselonada karyerasının ilk qələbəsini qazanmış və “yarış qazanan ən gənc sürücü” statusunu əldə etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*