F-1.az xatırladır ki, Formula1 tarixinin ən gənc Dünya Çempionu statusu hazırda Sebastyan Fetteldədir. Almaniyalı sürücü bu uğura 23 yaşında nail olmuşdu. Ferstappenin isə hazırda 21 yaşı var və bu statusu qazanmaq üçün hələ iki ili var.
Maks Ferstappen: “Vəziyyətdən xəbərdaram, amma buna görə yuxusuz qalmayacam. Növbəti iki ildə çempion ola bilməsəm, növbəti mövsüm yenə bəxtimi sınayacam”.
Hollandiyalı sürücü hazırda Monakoda yaşayır və ölkəsinə qayıtmaq barədə düşünmür: “Məncə, Kimi mənim Hollandiyada yaşadığım problemləri Finlandiyada yaşayır. Orada küçəyə çıxan kimi hamı mənimlə şəkil çəkdirmək və söhbət etmək istəyir. Monakodan razıyam. Sakit şəhərdir. Heç kim məni narahat etmir. İstədiyim yerə rahatlıqla gedirəm”.