F-1.az xatırladır ki, niderlandlı sürücü hazırda Həmiltondan 6 xal öndədir, ancaq əksəriyyət düşünür ki, gənc pilot Ostində liderliyini itirəcək. Mercedes Ostindəki 6 qələbə qazanıb və bu qələbələrdən 5-i Lyuis Həmiltonun aktivinə yazılıb. Buna görə də alman komandası Amerikadakı yarışda favorit olaraq görünür.
Maks Ferstappen: “Məncə, bütün möövsüm ərzində iki komanda da bir-birinə yaxın idi. Ostində də Mercedes-lə mübarizə aparacağımıza inanıram. Buna görə də inkişaf etməliyik. Sonra görək nə olur. Heç nə asan olmayacaq.
Ümid edirəm ki, qalan yarışlardan bir neçəsi bizim üçün yaxşı olar. Gedək görək nə olur”.