M.Ferstappen: Önümdəkilərə görə yavaşladım

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Peresin trasdan çıxması ilə sarı bayraqların dalğalanmasından qorxub və yavaşlayıb.

 

F-1.az xatırladır ki, Rodriqes Qardaşları trasında Red Bull favorit görünsə də, niderlandlı sürücü üçüncülüyə razı olub.

24 yaşlı pilot son cəhdində ikən önündə Peres və Yuki Tsunoda tras xaricinə çıxıblar və sarı bayraqlat çıxıb. Buna görə də Ferstappen yavaşlamalı olub.

Maks Ferstappen: “Sıralanma turundan əvvəl yaxşı görünürdük, amma daha sonra balans itdi. Əslində son cəhdimə yaxşı başlamışdım. Sonra önümdə nə baş verdi bilmirəm. İki sürücü tras xaricinə çıxdı və sarı bayraqlara görə yavaşladım. Beləliklə, dövrəm məhv oldu. Bu hadisə yaşanmasa, poul uğrunda mübarizə apara bilərdik. Üçüncülük pis olsa da, ikinci yerdən yaxşıdır.

Mercedes-lə mübarizə aparacağımıza inanıram. Sıralanma turu istədiyimiz kimi keçmədi, ancaq yarışda bu təkərlərdən istifadə etməyəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*