M.Ferstappen: “Okonla insidentə gülürəm”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, keçən il Braziliyada rəqibi Okonla yaşadığı insident 2001-ci ildə atasının Montoya ilə yaşadığı insidentin karmasıdır.

F-1.az xatırladır ki, keçən il hollandiyalı sürücü İnterlaqosda lider gedərkən dövrəvi sürücü olan Okonla təmas yaşamış və nəticədə ikinci yerə düşmüşdü. 2001-ci ildə isə dövrəvi olan Yos Ferstappen yarışın lideri Montoya ilə təmas etmiş və kolumbiyalı sürücü mübarizəni dayandırmalı olmuşdu.

Maks Ferstappen: “Düzünü desəm, artıq buna gülə bilirəm. Oldu və bitdi. Bu, deyəsən 2001-ci ildə dövrəvi sürücü ikən lider Montoyaya çırpılmışdı. Mənim qəzam da onun karması idi. Bu hal başıma gəlməli idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*