F-1.az xatırladır ki, hollandiyalı sürücü Ştiriya yarışını rahatlıqla qazanaraq, əsas rəqibi Həmiltonla fərqi 18 xala qaldırıb.
Maks Ferstappen: “Əlbəttə, yarışın necə bitəcəyini heç birimiz bilmirik, amma ilk dövrədən etibarən boliddə balans yaxşı idi. Daha sonra təkərlərə də yaxşı nəzarət etdik. Yarışın sonlarında da təkərlərim yeyilməmişdi. Onlar bizdən əvvəl pitə girdilər və biz də bu hadisəyə reaksiya göstərdik.
Performansımız yaxşıdır, amma növbəti həftə də belə davam etməliyik. Görək nə edirik. Gələn yarışı səbirsizliklə gözləyirəm”.