Maks Ferstappen: “Mənim sevimli nömrəm üçdür, ona görə də üçüncü titulu qazanmaq üçün əlimizdən gələni edəcəyik. Belə bir nəticə əldə etmək üçün kifayət qədər yaxşı olacağımızı bilmirəm, amma komanda bunu bacaracağımıza inanır.
Biz çox güclü mövsümdən sonra son dərəcə motivasiyalıyıq və məqsədimizə çatmaq üçün tam fədakarlıqla çalışırıq. Qış boyu bazada hər kəs əlindən gələni edir və mən də tətildən qayıtdıqdan sonra mövsümə ən yaxşı formada başlamaq üçün bütün gücümlə çalışıram.
Mövsüm başladığı zaman dərhal nəticəni göstərməli olacağıq. Son bir neçə həftə ərzində mən yavaş-yavaş forma yığıram – əminəm ki, yenidən yarışlara başlamaq əla olacaq”.