F-1.az xatırladır ki, Red Bull hazırda Ferrari-ni 165 xal qabaqlayır. “Qırmızı öküzlər” Amerika yarışında Ferrari-dən 32 xal az toplasa, 2013-cü ildən sonra ilk dəfə Mühəndislər kubokunu qaznacaq.
Maks Ferstappen: “Yaponiyada çempion olmaq çox xüsusi idi. Yenə də bunu doyunca qeyd etmədik, çünki Mühəndislər Kubokunu qazanmağa köklənmişik. Əsas hədəfimiz hər iki cəbhədə çempion olmaqdır. Başımızı aşağı salıb işimizi görməliyik. Performansımızı davam etdisək, uğur gələcək.
Növbəti yarışları səbirsizliklə gözləyirəm. Ostinə qayıtmaq gözəldir. Şəhəri də, trası da sevieəm. Keçən il burada qalib gəlmək gözəl idi”.