M.Ferstappen: “Nəticəyə təəccübləndim”

Red Bull komandasının sürücüsü Maks Ferstappen 16-cı yerdən başladığı yarışda podium finiş gözləmədiyini deyib.

F-1.az xatırladır ki, 19 yaşlı sürücü Çin yarışına 16-cı yerdən başlasa da, mükəmməl start alıb və birinci dövrədən sonra 7-ci yerə qədər yüksəlib. Hollandiyalı sürücü yarışın gedişatında 2-ci yerə qədər yüksəlsə də, Fetteli arxasında saxlaya bilməyib və yekunda 3-cü yeri tutub.

Maks Ferstappen: “Yarış çətin idi. Əla start aldım və 9 rəqibimi birdən keçdim. Bundan sonra isə bizim üçün lap çətin idi. Öndə hamı bizdən sürətli idi. Əvvəlcə Kimini, sonra isə Danieli ötüb ikincinci yerə yüksəldim. Ona qədər tempim çox yaxşı idi və daha sonra təkərlər yeyilməyə başladı. Sebastyan mənə çatanda isə səhv edərək yerimi ona verdim. Bu həftəsonu sərbəst yürüşlərdə iştirak etmədiyimiz üçün doğru sazlanmaları tapmaqda çətinlik çəkmişdik, amma nəticə doğrudan da mükəmməldir. Podiuma görə çox sevinirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*