M.Ferstappen: “Nəticədən razıyam”

Bəhreyn yarışında 6-cı yeri tutan Maks Ferstappen aldığı nəticədən razı qalıb...

F-1.az xatırladır ki, Maks Ferstappen Avstraliyada komanda yoldaşından geridə qalmışdı və yarışdan sonra komandasını tənqid etmişdi. Amma Ferstappen Bəhreyndə komandasından bu hərəkətlərinə görə üzr istəmişdi və daha sakit görünürdü.

Hollandiyalı sürücü Bəhreyndə əla performans göstərib və mükəmməl ötmələr edərək, yarışı 6-cı yerdə bitirib.

Maks Ferstappen: “Sözün düzü, aldığım nəticəyə görə çox sevinirəm, çünki Bəhreyn bizim güclü olduğumuz tras deyil.

Boliddə heç bir etibarlılıq problemi olmadı və təkərlərlə bağlı problem yaşamadım. Aldığımız nəticəyə görə təəccübləndim, çünki sərbəst yürüşlər bizim üçün yaxşı keçmədi. Sərbəst yürüşlərdə yarış üçün doğru sazlanmanı axtarırdıq.

Belə görünür ki, biz doğru sazlanmanı tapdıq və buna görə də bütün komandaya təşəkkür edirəm”.

Bundan başqa Ferstappen Bottası ötməsi barədə – “deyəsən, bu bizim ailənin genində var” – deyib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*