M.Ferstappen nəticədən razıdır

Red Bull komandasının sürücüsü Maks Ferstappen pouldan başladığı Macarıstan yarışında qələbə qazana bilməsə də, performansından razıdır.

F-1.az xatırladır ki, Lyuis Həmilton yarışın sonuna 20 dövrə qalmış pitə gələrək Medium təkərlərə keçib və daha təzə təkərlərlə hollandiyalı sürücüyə çataraq, onu ötüb.

Maks Ferstappen: “Tempimiz yaxşı deyildi. Hard təkərləri qorumaq üçün əlimdən gələni etdim, amma işə yaramadı. Ancaq yenə də ikinci olduq və qələbə münasibəti ilə Lyuisi təbrik edirəm. Qələbə qazana bilməsək də, gözəl həftəsonu idi. Asfaltla ilişməmiz zəif idi və bir pit-stoplu strategiya seçdik. Onların iki dəfə pitə getmək şansları var idi və bundan istifadə edərək, qalib gəldilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*