F-1.az xatırladır ki, 20 yaşlı sürücü testlərin ikinci günündə Medium təkərlərlə 4-cü olub. Lakin günün ilk yarısında texniki problemə görə vaxt itirib.
Maks Ferstappen: “Bolidlə bağlı hisslərim yaxşıdır. Təbii ki, ilk günlərdə hamı etibarlılığa fikir verir. Amma düşünürəm ki, səhər itirdiyimiz vaxt bizə təsir etmədi. Nahardan sonra hər şey plana uyğun getdi və istədiklərimizi edə bildik. Təbii ki, havanın soyuq olması təkərlərlə işləməyi çətinləşdirdi və çox məlumat toplaya bilmədik”.