F-1.az xatırladır ki, Honda 2015-ci ildə idmana qayıtdıqdan sonra daha çox etibarlılıq problemləri yaşamaları ilə yadda qalıblar.
Maks Ferstappen: “Keçən il Yaponiyada idim. Mühərrik zavodları gözəldir və Renault ilə onların fərqini görmək gözəl olacaq. Narahatlığa səbəb yoxdur. Builki inkişaflarına baxın. Kanadada başqa böyük addım atdılar. Bu, yaxşı haldır. Honda-ya inanıram. Komandam da yaponlara inanır. Yoxsa ikiillik müqavilə bağlamazdılar”.