F-1.az xatırladır ki, hollandiyalı sürücü testlərin son günündə ikinci olsa da, mühərriklə bağlı problem yaşayıb və bütün gün ərzində trasda ola bilməyib.
Maks Ferstappen: “Çox narahat deyiləm. Onsuz da testləri buna görə edirik. Problemləri görüb, onları həll etməyə çalışırıq. Renault mühərriyinə də güvənirəm və əminəm ki, mövsüm ərzində problemlərimiz olmayacaq.
Testin son günündəki problem də ciddi deyildi. Melburndakı yarışa qədər bunların aradan qalxacağına ümid edirəm. Testlərdə komandalar tam güclərini göstərmirlər. Əsas məqsədimiz bolidin düzgün sazlanmalarını tapmaqdır və biz də çoxlu dövrələr vuraraq, bunları tapmağa çalışırıq. Hər şey sıralanma tempi deyil. Bolidin balansı yaxşıdır və mövsüm başlandıqdan sonra daha güclü olacağıq. Ümumilikdə hər şey yaxşı idi. Performansımız çox da pis deyil və hazırda işlər qaydasındadır”.