M.Ferstappen mövsümü 4-cü yerdə bitirmək istəyir

Maks Ferstappen sürücülər çempionatında 4-cü yeri tutmaq üçün əlindən gələni edəcəyini deyib...

F-1.az xatırladır ki, hollandiyalı sürücü 4-cü yerdəki Sebastyan Fetteldən 10 xal geridədir və 19 yaşlı sürücü bu fərqi bağlayacağına inanır.

Maks Ferstappen: “İnterlaqos trasını çox sevirəm. Saat istiqamətinin əksinə hərəkət etmək yarışı daha əlamətdar edir.

Tras texniki cəhətdən fərqlidir. Əgər yaxşı bir dövrə vurmaq istəyirsinizsə, ikinci sektorda sürətli olmalısınız. Bu tras təqvimdəki xüsusi traslardandır. Burada uğur qazanmaq bizə özümüzü yaxşı hiss etdirəcək.

Bu mövsüm mənimçün gözəl keçdi. İndiki məqsədim isə növbəti iki yarışda yaxşı nəticələr alıb, mövsümü 4-cü yerdə bitirməkdir.

Əvvəlki illərdə San Paulunu çox gəzə bilmədim. Bu il burada səmərəli vaxt keçirmək istəyirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*