M.Ferstappen: Motorda güc yox idi

Red Bull komandasının sürücüsü Maks Ferstappen mübarizəni dayandırdığı Toskana yarışından sonra məyusdur.

F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışa üçüncü yerdən başlasa da, startda çox yer itirib və ikinci döngədə Kimi Rəykkönen, Roman Qrojan və Pyer Qasli ilə insident yaşayıb və nəticədə mübarizəni dayandırıb.

Maks Ferstappen: “Yaxşı start aldım və az qala Lyuisi keçirdim. Valtteridən belə yaxşı start almışdım. Lakin birdən Montsadakına bənzər mühərrik problemi yaşadım. Motorda güc yox idi. Birdən özümü rəqib sürücülərin arasında gördüm və qəza oldu. Mübarizəni dayandırmaq əsəblərimi pozdu. Xoşbəxt deyiləm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*