M.Ferstappen Monakodakı problemləri barədə danışmaq istəyir

Maks Ferstappen Monakodakı uğursuz yarışdan sonra bildirib ki, Red Bull ilə nələri səhv etdiyini oturub müzakirə etməlidir...

F-1.az xatırladır ki, Ferstappen Red Bull ilə çıxdığı ilk yarışda qalib gəlmişdi. Amma hollandiyalı sürücü Monakoda həm sıralanma turunda, həm də yarışda qəza edərək, mübarizəni dayandırmışdı.

Ferstappen bu hadisələr barədə danışıb: “Çox şey öyrəndim. Ən əsası divarlardan uzaq qalmağı öyrəndim. İndi oturub, işlərin necə getdiyinə və niyə bu vəziyyətdə olmağımıza baxmalıyıq. Bunlar hamısı təcrübə qazanmaq və öyrənmək üçündür.

Yarışın ilk hissəsində çox yaxşı idik. Əla performans göstərdik və bəzən də ən aqressiv sürücü idim. Hər şey bir araya gəlirdi.

Xal zonasına qədər gəldim, amma Soft təkərlərə keçdikdən sonra səhv etdim və divara çırpıldım. Xüsusən də sıralanma turundan sonra komanda bolidi yenidən hazırladıqdan sonra həftəsonunun bu cür bitməsini istəməzsiniz. Onlar daha yaxşısına layiq idilər”.

Ferstappen əlavə edib ki, Kanadadan etibarən Renault-nun yenilənmiş mühərriyindən istifadə edəcək: “Axır ki, yeni mühərriyə keçirəm və buna görə səbirsizlənirəm. Daha çox at qüvvəsi və daha rahat sürüş. Bu dövrə nəticələrimin yaxşılaşmasına və sürətli olmağıma kömək edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*