M.Ferstappen: “Monakodakı hədəfim divara çırpılmamaqdır”

İspaniya yarışının qalibi Maks Ferstappen bilirib ki, onun Monako yarışı üçün əsas hədəfi divarlardan uzaq durub, yarışı podiumda bitirmək olacaq.

F-1.az xatırladır ki, Maks Ferstappen bu mövsümün ilk 4 yarışını Toro Rosso ilə keçirib. Hollandiyalı sürücü İspaniyadan etibarən Red Bull komandasına transfer olunub.

Red Bull komandası Monako yarışının ən böyük favoritlərindən biri sayılır. Amma Ferstappen bildirib ki, Monako üçün hələ heç bir hədəfi yoxdur: “Açıq danışsaq, bilmirəm.

Bu çox yaxşı həftəsonu idi və yaxşı nəticə aldıq. Özümü yaxşı hiss edirəm. Hələ də inana bilmirəm. İlk yarışımı qazandım. İnanılmaz yarış idi.

Monakoda nələrin olacağını görəcəyik. Bolidin orada sürətli olmasını gözləyirik. Gözləyək görək.

Monako üçün əsas hədəf divara çırpılmamaq olmalıdır. Əgər bunu bacarsaq, podiuma yaxın ola bilərik”.

Barselona yarışında sona qədər Rəykönenin təzyiqini hiss edən gənc sürücü, yarışın bitməsinə 5 dövrə qalmış qələbə barədə düşünüb: “Deyəsən, 5 dövrə qalmışdı və mən “Tamam, artıq yarışı qazanmalıyıq” dedim. Çünki Kiminin təkərləri asfaltı istədiyi kimi tutmurdu. Öz-özümə “Səhv etmə. Əgər sonuncu döngədən yaxşı çıxsan, bu yarış sənindir” dedim.

Qələbəni ağlınıza gətirirsiniz və daha sonra da “bunu düşünmə, bunu düşünmə, hazırkı vəziyyətə fokuslan” deyirsiniz.

Ferstappen əlavə edib ki, Formula1-in ən gənc qələbə qazanan sürücü statusuna fikir vermir…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*