F-1.az xatırladır ki, Red Bull komandası Sinqapurda keçirilən 9 yarışda 10 dəfə podiuma yüksəlib və Monako ilə bir yerdə ən çox podium gördüyü iki trasdan biridir. Avstriyalılar builki yarışda da əsas favoritlərdən biridir.
Maks Ferstappen: “Spada 0.8 saniyə geri qaldıqdan sonra Sinqapurda möcüzə gözləmirəm. Trasın konfiqurasiyasına nəzər salsaq, podiuma yüksəlmək şansımız çoxdur. Bəxtimiz gətirsə, qalib də gələ bilərik, amma hazırkı tempimizlə qələbə mümkünsüzdür. Bəlkə, təhlükəsizlik avtomobili trasa çıxsa, qalib ola bilərik. Görək nə olur”