M.Ferstappen məyus deyil

Red Bull komandasının sürücüsü Maks Ferstappen sıralanma turunda ikinci olduğu üçün məyus deyil.

F-1.az xatırladır ki, niderlandlı sürücü Montsada həmişəki performansını göstərsə də, üçüncü sessiyada qeyri-stabil təsir bağışlayıb və Karlos Saynsdan 0.013 saniyə geridə qalaraq, ikinciliyə razı olub.

Birinci və üçüncü sərbəst yürüşlərdə ən sürətli olan Maks sıralanma turunun son sessiyasında ilk cəhdində səhv edib. İkinci cəhddə isə əlindən gələni etsə də, bu bəs eləməyib və Saynsdan geridə qalıb.

Maks Ferstappen: “Yaxşı sessiya idi. Cümə gününə nisbətdə inkişaf etmişik. Sıralanma turunun yaxın mübarizə şəraitində keçəcəyini bilirdim və buna görə də ikinci yerdən razıyam.

Gözəl yarış olacaq. Sabahkı hədəfimiz təbii ki, qalib gəlməkdir. Bolidimiz həmişə yarış tempində daha yaxşı olur. Ancaq indi ikinci yerdən həzz almalıyıq. Sabah isə yarışa fokuslanacağam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*