F-1.az xatırladır ki, Mercedes komandası 2014-cü ildə başlayan turbo eradan sonra hegemonluğu ələ alıb və ən güclü güc qurğusu hazırlayan istehsalçıdır.
Maks Ferstappen: “Məncə, bolidimizdə Mercedes mühərriyi olsaydı, bizə heç kəs çata bilməzdi. Hazırkı mühərriyimiz Mercedes və Ferrari kimi dözümlü və sürətli deyil. Hələ çox sahədə inkişaf etməliyik. Buna baxmayaraq, şassimiz hesabına rəqiblərimizə yaxın ola bilirik. Yeni mövsümdə işlərin daha yaxşı olmasını gözləyirik. İlk yarışlardan etibarən güclü performans göstərərək, mübarizə aparmağa çalışacağıq”.