F-1.az xatırladır ki, Mercedes adətən sıralanma turunun son sessiyalarında xüsusi mühərrik rejimi ilə sürətlənir və əksər hallarda poul qazanır. Mövsümün ilk sıralanma turunda Lyuis ən yaxın rəqibinə 0.65 saniyə fərq ataraq poul qazanmışdı. Red Bull komandasının rəhbərləri bu rejimə etiraz etmiş və yasaqlanmasını istəmişdilər.
Maks Ferstappen: “Düzünü desəm, bu rejimin yasaqlanmasını istəmirəm. Çünki onlar əla iş görüblər. Əgər belədirsə, niyə qadağan olunsun? Bu, ədalətli deyil. Reqlamentdə bu cür şeylərin inkişafını çətinləşdirmək olar. Amma Mercedes-in kəşfini yasaqlamaq onlara qarşı haqsızlıq olar. Mən də məyusam, ancaq dürüst olmalıyıq”.