F-1.az xatırladır ki, turboera başlayandan sonra uzun müddət dominant maşınla yarışan britaniyalı sürücünün RB19 barədə fikirlərinə bir çoxları reaksiya verib.
Maks Ferstappen: “Düşünürəm ki, statistikaya baxsanız, bunun yalan olduğunu başa düşəcəksiniz. Amma bizim də çox gözəl maşınımız var! Bunda, əlbəttə ki, heç bir qəbahət yoxdur. Amma yenə də bəzi illərdəki Mercedes kimi dominant deyilik.
Mercedes-in çox üstün olduğu səkkiz il ərzində biz də fərqi aradan qaldırmağa çalışdıq – belə hallarda edə biləcəyiniz yeganə şey budur!”.