F-1.az xatırladır ki, hollandiyalı sürücü Macarıstan yarışına pouldan başlasa da, Lyuis Həmilton əlavə pit-stopla rəqibini geridə qoyaraq, qalib olub.
Maks Ferstappen: “Tam qüvvə ilə sürməli olduqlarında fərqi görürsünüz. Lyuis var qüvvəsi ilə sürməyə məcbur olanda maşının əsl potensialı üzə çıxır. Macarıstanda komanda olaraq necə güclü performans göstərdiklərini gördük”.