F-1.az xatırladır ki, hollandiyalı sürücü poul qazanan Həmiltondan 0.365 saniyə geridə qalaraq, 3-cü olub.
Maks Ferstappen: “Mercedes pilotları ilə mübarizə aparmağı gözləmirdim. Ancaq keçən həftə fiasko yaşadığımız Montsadan sonra yaxşı geridönüş etdik. Sıralanma turunda üçüncü olduğumuz üçün xoşbəxtəm.
Son sessiyada bir az da sürətləndik, çünki ilk cəhdim mükəmməl deyildi. Lakin son cəhdim daha yaxşı oldu. Küləyə görə trasda şərait dəyişmişdi. Buna görə də hər şey qarışdı. Bu bolidlərlə küləkdə sürmək çətindir. Buna baxmayaraq, sıralanma turunda həzz aldım”.