M.Ferstappen: Mercedes-ə yaxın olmaq sevindiricidir

Red bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Mercedes-ə yaxın olduğu üçün sevinir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü poul qazana Həmiltona sadəcə 0.036 saniyə uduzub və ikinci olub.

Maks Ferstappen: “Sıralanma turu yaxşı keçdi. Birinci sessiyada çətinlik çəkdim, amma ikinci sessiyada balansı təkmilləşdirə bildik və hər şey çox yaxşl idi. Son sessiyadakı hər iki dövrəm də yaxşı idi. Bəlkə də, son cəhdim bir az zəif alındı, çünki möhkəm külək əsirdi və yönünü dəyişdirmişdi. Lakin burada ikinci yeri tutmaq bizim üçün yaxşıdır. Burada Mercedes-i məğlub etmək çox çətindir və onlara belə yaxın olmaq sevindirici haldır.

İlk döngəyə qədər uzun məsafə var, amma əsas yaxşı start almaq lazımdır. Burada döngə çoxdur və təkərlər tez qızır. Buna görə də onlara nəzarət etmək çox vacibdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*