F-1.az xatırladır ki, hollandiyalı sürücünün komandası ilə müqaviləsi 2020-ci ilin sonunda bitirdi və 22 yaşlı pilotun adı tez-tez Mercedes-lə hallanırdı. Ancaq Red Bull komandası daha cəld tərpərənək, gənc ulduzla 2023-cü ilin sonuna qədər müqavilə yeniləyib.
Helmut Marko: “Bütün tətil ərzində müqavilə yeniləməyə çalışdıq. Qorxurdum ki, 2021-ci ildə Maks Ferstappen Mercedes-ə keçə. Yeni müqavilə ucuz qiymətə başa gəlmədi. Amma özümü poker oyunundakı kimi hiss etdim. Buna baxmayaraq, bizimçün vacib addımdır. Artıq gələcəyə inamla baxa bilərik.
Düzünü desəm, Ferrari ilə Həmilton arasında danışıqların necə getdiyini bilmirdik. Ancaq Lyuis 2021-ci ildə Ferrari-yə getsə, onlar hərəkətə keçəcəklər. Belə olan halda da, birinci Maksla maraqlanacaqdılar”.