F-1.az xatırladır ki, niderlandlı sürücü Hunqarorinqdə favorit olaraq görünsə də, poul qazanan Həmiltondan 0.4 saniyə geridə qalaraq, 3-cü olub.
Maks Ferstappen: “Deyəsən bu həftəsonu bir az geridə qaldıq. Eyni hal sıralanma turunda da yaşandı. Bunu istəməsək də, üçüncü yerdə olmaq da yaxşıdır. Görək nə olur.
Soft təkərlərlə yarışa başlayacağıq və fərqli olacaq. Bu təkərlərlə asfaltla ilişmə daha yaxşı idi. Yarışda hava isti olacaq və buna görə də Soft təkərlər tez yeyiləcək. Ancaq startda bizə fürsət yarana bilər”.