M.Ferstappen: Mercedes-də problem var

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Mercedes-lə mübarizə aparmaq çətin olacaq.

F-1.az xatırladır ki, hollandiyalı sürücü cümə günü sərbıst yürüşlərində birinci olub. 23 yaşlı pilot həm sıralanma, həm də yarış tempində sürətli idi.

Maks Ferstappen: “RB16 Spada əla işləyir, ancaq hələ cümə günüdür. Həftəsonu yaxşı başladı, amma şənbə günü də çox işləməliyik. Bolid hələ də mükəmməl deyil. Daha yaxşısını etməliyik. Təkmilləşməli yerlərimiz var. Xüsusən də sıralanma turunda güclənməliyik.

Cümə günü Mercedes-də balans problemi var idi. Bu gün daha güclü olacaqlar. Yarış templəri yaxşıdır. Buna görə də poul qazanacağımı gözləmirəm. Onlara yaxın olsaq, bu, yaxşı nəticə sayılmalıdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*