M.Ferstappen mavi bayraqlara görə narahatdır

Yaponiya yarışında mavi bayraqlar demək olar ki, bütün sürücülərin başını ağrıtmışdı. Maks Ferstappen bu məsələnin tezliklə həll olunmasını istəyir.

F-1.az xatırladır ki, xüsusən də, Sebastyan Fettel radio vasitəsilə tez-tez dövrəvi sürücülərdən şikayət edirdi. Maks Ferstappen bu mövzu barədə fikirlərini bildirib: “Mavi bayraqlar mövzusunda narahatam. Deyəsən, bu barədə danışmağın vaxtı gəlib. Keçən il və bu ilin əvvəlində mən də dövrəvi sürücü idim və onları çox yaxşı başa düşürəm. Amma podium uğrunda mübarizə aparan sürücülərin vaxt itirməsinə səbəb olurlarsa, bu barədə danışmaq lazımdır.

Bu cür traslarda ötmə etmək çətindir və hamı öz yarışına fokuslanır. Buna görə də, onları başa düşürəm. Amma hamımız ortaq məxrəcə gəlməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*