F-1.az xatırladır ki, 19 yaşlı sürücü sonuncu sərbəst yürüşlərdə birinci olmuş və sıralanma turuna da iddialı gəlmişdi. Amma hollandiyalı sürücü üç böyük komandanın sürücüləri arasında sonuncu – 6-cı yeri tutub.
Maks Ferstappen: “Son sessiyada birinci yeri tutmağım heç nə ifadə etməsə də, bolidin yavaş-yavaş özünə gəldiyini düşünürəm. Sıralanma turunda özümü yaxşı hiss edirdim və ilk dövrələrdən sonra Lyuisin arxasında idim. İkimiz də son dövrəmizə hazırlaşarkən Massa birdən önümə keçdi. Bunu niyə etdiyini bilmirəm. Aramızdakı fərq böyük idi. Trasda bir-birimizə hörmət etməliyik. Aramızdakı fərqə baxmayaraq, məni sıxışdırması doğru deyildi. Amma bütün çətinliklərə baxmayaraq, əla gün idi. Maraqlı yarış gözləyirəm”.