M.Ferstappen: “Maşının arxası çox sürüşürdü”

Red Bull komandasının sürücüsü Maks Ferstappen sürüşmədən şikayətlənib.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Əbu Dabidə sıralanma turunda 6-cı olub. Bundan başqa 21 yaşlı sürücü yarışa öndəki rəqiblərindən fərqli olaraq HyperSoft təkərlərlə başlayacaq.

Maks Ferstappen: “İkinci sessiyada maşının arxası çox sürüşürdü. Üçüncü sessiyadakı ilk cəhdimdə də vəziyyət eyni idi. Komandaya dedim ki, təkərlərin soyumasına icazə verməliyik. Amma ikinci dəfə trasa çıxanda təkərlər daha 5 dərəcə isti idi və sürüşmə davam edirdi. Hər yerdə sürüşürdüm. Bunlarla mübarizə aparmalı idim.

Öndə olmaq daha yaxşıdır, amma görək nə olur. Yarışa fokuslanmışam. Heç nə bitməyib. Şansımız ola bilər. Ancaq yarışa HyperSoft təkərlərlə başlamaq ideal deyil. Hər şey daha yaxşı ola bilərdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*