M.Ferstappen: Maşınımız güclüdür

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, maşınları güclüdür.

F-1.az xatırladır ki, niderlandlı sürücü Avstriyada düən poul qazandıqdan sonra bu gün də sprint yarışının sıralanma turunda birinci yeri tutub. Dünənki sıralanma turunda o, ikinci yerdəki Leklerə sadəcə 0.048 saniyə fərq atsa da, bu gün rəqibsiz olub. Dünən gözəl çıxış edən Lekler bu gün sıralanma turunda 6-cə ola bilib və o, Ferstappenə 0.8 saniyə uduzub.

Sessiyadan əvvəl yağış yağdığı üçün sıralanma turu başlayanda tras yaş olub. Lakin sonradan tras yavaş-yavaş qurumağa başlayıb.

Maks Ferstappen: “Yaxşı sessiya idi. Təbii ki, quruyan trasda hət dövrə nəticələr yaxşılaşır. Buna görə də doğru zamanda trasda olmalı idik. Bugünkü sıralanmalar daha qısa olduğu üçün çox dövrə vura bilmirsiniz. Buna baxmayaraq, yaxşı işlədik. Maşınımız düzgün aralıqda işlədi və buna görə sevincliyəm.

Bu gün fərqli idi və səbəbini bilmirəm. Tras tam quru deyildi. Maşınımız sürətli idi. Ən vacib də budur. Görək yarışda necə olacağıq”.

Dünənki sıralanma turunda olduğu kimi bu günkü sprint yarışının sıralanma turunda da tras limitlərinə görə bir neçə sürücünün nəticəsi silindi: “Tras limitləri çox çətin mövzudur. Sıralanma turunda həmişə limitdə getmək istəyirsiniz. Buna görə də sıralanma turunda buna nəzarət etmək lam çətin olur. Ancaq yarışda belə sürücülərin tras limitlərinə riayət etməsi çətin olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*