M.Ferstappen: Maşın mükəmməl idi

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Macarıstanda qələbə qazandığı üçün çox sevinclidir.

F-1.az xatırladır ki, niderlandlı sürücü yarışa 2-ci yerdən başlasa da, startda Lyuis Həmiltonu geridə qoya bilib və yarışın sonuna qədər liderliyi heç kimə verməyib. Beləliklə, Red Bull komandası ardıcıl 12-ci qələbəsini əldə edib.

Ferstappen isə mövsümdəki 9-cu qələbəni qazanıb. O. hazırda ən yaxın rəqibi Peresdən 110 xal qabaqdadır.

Maks Ferstappen: “Doğrudan da yaxşı start aldıq. Buna görə sevincliyəm. Bunun üzərində işləyirdişk. Bu gün daxillə girəndə biirdim ki, birinci yerə yüksələcəm. Daha sonra əyləcə gec basdım. Bu maşınlar çox ağırdırlar. Ancaq hər şey qaydasında idi. Ondan sonra öz yarışıma fokuslandım. Bu gün maşın doğrudan da sürətli idi.

Bu həftəsonu vahid dövrədə çətinlik çəkdik. Amma bu bəlkə də yarış üçün yaxşı oldu. Bu gün maşınım bütün təkrəlrədə yaxşı işləyirdi. Təkər yeyilməsinə nəzarət edə bilirdim. Buna görə də böyük fərq yarada bildik.

Bir komanda üçün ardıcıl 12 qələbə qazanmaq inanılmazdır. Son illərdə inanılmaz şeylər yaşayırıq. Ümid edirəm ki, tempimizi uzun illər davam etdirərik. Bu komandada işləmək həmişə həzz verir. Dünəni isə yenidən nəzərdən keçirməliyik. Bu vacibdir, çünki işləməyə davam etməli və daha yaxşısını etməliyik. Bu gün çox mükəmməl keçdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*