F-1.az xatırladır ki, Markes 2013-cü ildə debüt etdiyi MotoGP-də 6 dəfə çempion olub. Lakin o 2020-ci ildən etibarən zədələrlə mübarizə aparır.
Maks Ferstappen: “MotoGP və Formula1 eyni deyil? Motosikletə minmək də bolidə minmək kimidir.
Əksər sürücülər yaxşı dövrə vura bilər və yaxşı performans göstərər, amma bir həftə ərzində təzyiqi idarə etmək fərqlidir. Ən güclü sürücü o zaman bilinir. Son bir neçə ildə ən yaxşı sürücü Markdır. Düzdür, son iki ildə zədələrə görə çətinlik çəkdi, amma daha əvvəl yarışanda qazanma ehtimalı 99 faiz olurdu.
Onu izləmək həyəcanlıdır. Mən də MotoGP-ni sevirəm və Mark inanılmaz sürücüdür. Onu yenidən güclü görmək üçün səbirsizlənirəm”.