F-1.az xatırladır ki, niderlandlı sürücü lider başladığı yarışı rahatlıqla qazanaraq, aktivinə 8 xal yazdırıb. Keçən ilin Dünya Çempionu bu il ikinci sprint yarışından da qalib ayrılıb.
Maks Ferstappen: “Bu gün tribunalarda azarkeşləri görmək əla idi. Məni dəstəkləyən və məşəl yandıran çoxlu fanatlar var idi. Bunu görmək gözəl idi. Məncə, yarış yaxşı keçdi. Startdan tempimiz yaxşı idi və yerimizi qoruya bildik.
İlk dövrələrdə Ferrari sürücüləri mübarizə aparırdılar. Buna görə fərq açdım. Ondan sonra tempimiz eyni idi. Artıq sabahı gözələyirəm. Maraqlı mübarizə olacaq. Yarış daha uzundur və təkərlərin işi çətin olacaq”.