M.Ferstappen: Maraqlı mübarizə gözləyirəm

İkiqat dünya çempionu karyerasında ilk dəfə Avstraliyada poul qazana bilib.

F-1.az xəbər verir ki, Maks şəhər traslarında təkərlərə nəzarət çətin olduğundan, yaxın mübarizə gözləyir.

Maks Ferstappen: “Düşünürəm ki, son cəhddə yaxşı dövrə vurdum. Həftəsonu ərzində dərhal hücuma başlamaq üçün təkərləri işə salmaq çox çətindir, lakin finalda uğur qazandım. Mən dövrəvi nəticədən və poul qazanmağımdan çox razıyam. İndi yarışı səbirsizliklə gözləyirəm. Təsnifatda az qala quşu vururdum, amma xoşbəxtlikdən bundan yayına bildim. Bu bəzən şəhər yollarında olur.

Etibarlılıq problemlərindən narahat deyiləm. İnanıram ki, biz düzgün parametrləri tapmışıq və eyni ruhda davam edə bilərik. Düşünürəm ki, maşınımız yarışda sürətli olacaq. Bu trasda təkərlərin aşınmasına nəzarət etmək asan deyil, ona görə də mübarizənin maraqlı keçəcəyi gözlənilir.
Mən bu trasda cəmi bir dəfə podiuma çıxmışam, amma bu bazar günü irəliyə doğru növbəti addımı atmaq istəyirəm”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*