M.Ferstappen: “Malayziyada çəki itiririk”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Malayziya isti və rütubətli olduğu üçün onların işi çətin olacaq.

F-1.az xatırladır ki, hollandiyalı sürücü keçən il komanda yoldaşı Rikkardo ilə finişə qədər amansız mübarizə aparmış və ikinci yeri tutmuşdu.

Maks Ferstappen: “Keçən il Malayziyada komanda olaraq gözəl yarış keçirərək dubl etmişdik. Daniellə təkər-təkərə mübarizə aparsaq da, bir-birimizə hörmət etmişdik. Bira bir az Sinqapura bənzəyir. Yüksək temperatur və rütubətə görə çox çəki itiririk. Bolidi sürmək heç də asan olmur. Bu cür çətin yarışlar üçün fərqli tərzdə məşqlər edirəm. Sinqapur mənim üçün pis qurtardı və burada yenidən gözəl nəticə qazanmaq istəyirik. İşimiz daha çətin olacaq. Təslim olmayacağıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*