F-1.az xatırladır ki, holllandiyalı sürücü Avstraliya yarışında üçüncü olaraq Honda mühərriklərinə 2008-ci ilin Britaniya yarışından sonra ilk podiumunu qazandırıb.
Maks Ferstappen: “Çox xoşbəxtəm. Ən azından maksimal sürətimiz var. İnkişaf var və ardı gələcək. Yenə də Valtteri çox uzaqda idi. Bu gün yaxşı nəticə alsaq da, inkişaf etməliyik.
Maksimal sürətimizi rəqiblərimizlə müqayisə etsək, bundan razıyam. Mühərrik də problem çıxarmadan yaxşı işlədi. Cümə günündən sonra ikinci yer uğrunda mübarizə aparmaq əla oldu. İkinci ola bilməsək də, podiumda olduğum üçün xoşbəxtəm. Honda-nın da V6 dövründə ilk podiumunu qazandıq və əla başlanğıcdır. Buna da təbrik düşür”.