F-1.az xatırladır ki, niderlandlı sürücü bu il 7 yarış qazanıb və hazırda ən yaxın rəqibi Lekleri 63 xal qabaqlayır.
Maks Ferstappen: “Macarıstan xüsusi trasdır və orada sürməkdən həzz alıram, çünki go-kart trasını xatırladır. Xüsusilə çox texnikalı ikinci sektor elədir. Görək hava bizə necə təsir edəcək.
Burada performansımız müəmmaldır, çünki tras bolidimizə uyğun deyil. Yaxşı nəticə qazanmaq istəyirəm. Əlimdən gələni edəcəm.
Yay tətilini səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, mövsümün ikinci yarısında güclü formada qayıdarıq”.