F-1.az xatırladır ki, iki sürücü pit-stoplardan sonra iki dəfə mübarizə aparıb və hər ikisində də qalib gələn tərəf rəqibini geridə qoyan hollandiyalı pilot olub.
Maks Ferstsppen: “Lyuis çox sürətli idi və yarış ərzində aqressiv davranmalı oldum. Bu gün yaxşı işlədik. Onu pit-stoolardan sonra iki dəfə qabaqlaya bildim. Daha sonra isə təkərlərə nəzarət etməli oldum. Yarışdan həzz aldım və qalib gəlmək əla hissdir. Lyuisi qabaqlamaq üçün pitdən sonra var qüvvəmlə sürdüm, çünki sadəcə bir şansım var idi. Onu keçdiyimçün xoşbəxtəm”.