F-1.az xatırladır ki, hollandiyalı sürücü Bakıdakı sıralanma turunda üçüncü yeri tutub və əzəli rəqibi Lyuis Həmiltondan geridə qalıb.
Maks Ferstappen: “Düzünü desəm, axmaq sıralanma turu idi. Lakin əlimizdən heç nə gəlmir. Üçüncü olduq. Bolidimiz yaxşı idi və üçüncü sərbəst yürüşlərdən sonra yaxşı qayıtdıq. Hər şey qaydasında gedirdi. Amma son sessiyada qəza olması bizə problem yaratdı. Şəhər tipli traslarda belə hallar çox olur. Təbii ki, bir az da öndən başlamaq istərdik, lakin sabah hər şey ola bilər.
Sıralanma turunda gördüyünüz kimi hər şey mümkündür. Bəlkə, sabah yenə qəzalar olar. Ümid edirəm ki, yaxşı start alaram və sonra görək nə olur. Lyuislə mübarizəyə hazıram”.