F-1.az xəbər verir ki, Maksın bu mükafatı alacağı iyun ayında açıqlanmışdı. 2015-ci ildə Formula1-də 17 yaşında debüt edən sürücü iki dəfə 4-cü olmuş və mövsümü 49 xalla yekunlaşdırmışdı. Onun belə çıxışı bu il mükafata layiq görülməsinə kifayət edib.
Maks Ferstappen: “Bu mükafatı qazandığım üçün qürur duyuram. Hazırda böyük bir komandanın tərkibində yarışıram və qələbə qazanmaq üçün olan istəyim dəyişməyib”.
Qeyd edək ki, mükafat 1967-ci ildə Monako Qran Prisində qəzada yanaraq həlak olan Lorenso Bandinin ölümünün 25 illiyi şərəfinə 1992-ci ildə təsis olunub və ilin sonunda sürücünün doğulduğu şəhərin əhalisi arasında keçirilmiş səsvermənin nəticələrinə görə təqdim olunur. Mükafat 1995-ci ildən etibarən mütəmadi olaraq hər il verilir.
İl | Mükafatın sahibi |
2016 | Maks Ferstappen |
2015 | Mercedes AMG |
2014 | Daniel Rikkardo |
2013 | Pyero Ferrari |
2012 | Bruno Senna |
2011 | Niko Rosberq |
2010 | Lyuis Həmilton |
2009 | Sebastyan Fettel |
2008 | Robert Kubitsa |
2007 | Felipe Massa |
2006 | Mark Uebber |
2005 | Fernando Alonso |
2004 | Kimi Rəykkönen |
2003 | Mixael Şumaxer |
2002 | Xuan Pablo Montoya |
2001 | Censon Batton |
2000 | Yarno Trulli |
1999 | Aleksander Vürs |
1998 | Cankarlo Fizikella |
1997 | Luka di Montedzemolo |
1996 | Jak Vilnöv |
1995 | Devid Kulthard |
1992 | İvan Kapelli |