M.Ferstappen Le Man 24 saat barədə düşünür

Red Bull komandasının sürücüsü Maks Ferstappen gələcəkdə dözümlülük yarışlarında iştirak etmək istəyir.

F-1.az xatırladır ki, niderlandlı sürücünün 25 yaşı olmasına baxmayaraq, indidən Formula1-də 35 qələbəsi və iki Dünya Çempionluğu var.

Maks Ferstappen: “Formula1-dən savayı dözümlülük yarışlarında iştirak etmək istəyirəm. Hələ tam qərar verməmişəm. Hypercar sinfinin açılmasını və baza komandalarının performansını gözləyirəm.

Bir gün 24 saatlıq Le Man marafonunda yarışmaq istəyərəm, amma indi yox. Ancaq İndy500-də süryi düşünmürəm. Belə traslarda yarışanlara hörmətim var, lakin özümü riskə atmaq istəmirəm. Formula1-də təhlükəlidir, ancaq oval trasda beton bariyerə çırpılmağın sonu pis ola bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*