F-1.az xatırladır ki, hollandiyalı sürücü Portuqaliya yarışının startında Pereslə təmas yaşayıb geri düşsə də, daha sonra rəqiblərini keçərək, üçüncü yeri tuta bilib.
Maks Ferstappen: “İlk dövrədə asfaltla ilişmə çox az idi. İnsidentlərdən qaçmağa çalışsam da, Serxio ilə kiçik təmas yaşadım. Mənə lazımi qədər boşluq qoymadı və yerində fırlandı. Daha sonra isə yağış damcıları düşdü və bu zaman bolidi trasda tutmağa çalışırdım. Hər şey qaydasına düşdükdən sonra isə McLaren-ləri keçdim. Səbəbini bilmirəm, amma ilk dövrədə McLaren-lərin asfaltla ilişməsi yaxşı idi.
Medium təkərə keçdikdən sonra tempim yaxşı olsa da, öndəkilərlə fərq çox idi və əlimdən heç nə gəlmirdi. Üçüncü yerə yüksələndə təkərlərim ölmüşdü. Rəqiblərim Hard təkərə keçdilər, amma onlar da zəif idi. Bu gün ən yaxşı təkər Medium idi, çünki Hard təkərlə çox itirərdim.Yarışı layiq olduğum yerdə bitirdim”.