F-1.az xatırladır ki, 19 yaşlı sürücü yarışa 5-ci yerdən başlasa da, mükəmməl start alaraq, ikinci yerə yüksəlib. Lakin, hollandiyalı sürücü 11-ci dövrədə yarışı mühərrik probleminə görə dayandırmalı olub.
Maks Ferstappen: “Biabırçılıqdır. Birdən bütün gücümü itirdim. Yenidən qaz pedalına bassam da, heç bir şey yox idi. Xüsusən də, ikinci yerdə gedərkən bu cür hadisə ilə üzləşməyin yeri yoxdur. Tempim yaxşı idi və ikinci yeri qoruya bilərdim. Start mükəmməl idi. Heç sürüşmədim və aradan yaxşı çıxdım. Red Bull-a gələndən sonra aldığım ən yaxşı start idi. Fettel ilə təması hiss etmədim. Yarışlarda belə hallar olur. Bütün bunlara baxmayaraq, xalsız qaldığım üçün məyusam. Ümid edirəm ki, Bakıda vəziyyəti kompensə edərəm”.