F-1.az xatırladır ki, şənbə günü sıralanma turunda qəza etdikdən sonra, yarışa ehtiyat şassi ilə çıxan Ferstappen 9-cu yerə qədər yüksəlsə də, qəza edərək mübarizəni vaxtından əvvəl dayandırmışdı.
Maks Ferstappen: “Komandadan üzr istəməliyəm, çünki bolidi hazırlamaq üçün, doğrudan da, çox işlədilər. Bu, olmamalı idi və onlara layiq olduqları nəticəni verə bilmədim. Buna görə də çox məyusam.
Qəzaya qədər özümü yaxşı hiss edirdim. Performansım yaxşı idi. Xüsusən də, keçid təkərlərinə keçəndən sonra önüm açıq olanda yaxşı idim. Bir neçə rəqibimi ötdüm və buna görə də hər şey yaxşı idi.
Amma heyif ki, bu trasda, xüsusən də yarı quru-yarı yaş şəraitdə təkərləri bir az bolklasanız, ideal yarış trayektoriyasından çıxırsınız. Burada yarış trayektoriyasından çıxmaq çox asandır.
Təkərləri bloka saldım və trayektoriyadan çıxdım. Yan tərəflər yaş idi və o andan etibarən özümü sərnişin kimi hiss etdim. Bariyerə sərt çırpıldım və dizim ağrıdı”.