F-1.az xatırladır ki, hollandiyalı sürücü Meksikada poul qazanmaq üçün real namizəd olsa da, son cəhdində komanda yoldaşı Rikkardonun gerisində qalıb.
Maks Ferstappen: “Bu, yaxşı deyildi. Sıralanma turunda problem yaşadım. Ötürmələri azaldanda və ayağımı qaz pedalından çəkəndə arxa təkərlərim kilidlənirdi. Bolidin davranışları pis idi. Sıralanma turunda bunu düzəltmək üçün əlimizdən heç nə gəlmirdi. Buna görə də əyləclərin balansını ön tərəfə almalı oldum. Sıralanma turunu belə keçirməyi heç kim istəməz. Həmişə aqressiv olmaq istəyərsiniz. İlk cəhdimdən sonra lider olduğumu görəndə təəccübləndim, çünki heç nə ideal deyildi. Problemlərlə məşğul idim.
Amma komanda üçün maksimum nəticəni göstərdik”.