M.Ferstappen: Keçən ilin bolidini seçərdim

F-1.az xəbər verir ki, niderlandlı ikiqat dünya çempionu titullarını qazandığı 2021 və 2022-ci illərdəki maşınlarını müqayisə edib.

Maks Ferstappen: “Hansı maşına üstünlük verirəm? Keçən il maşınlar daha yüngül idilər və daha çox manevr qabiliyyətinə malik idilər. Onlardakı mənzərə də indiki avtomobildən daha yaxşı idi. Aşağı sürətlərdə 2022-ci ilin maşını olduqca tənbəldir, lakin yüksək sürətlə işlər yaxşılaşır.

Sürətli döngələrdə asfaltayatma qüvvəsi hiss olunur. Maşın stabildir, keçən ilki isə eyni şəraitdə yellənirdi. Ancaq aşağı sürətlərdə deyəsən çəki öz sözünü deyir. Yeni maşınlar yarışı daha maraqlı etmək, rəqabətin dərəcəsini artırmaq üçün hazırlanıb və bu baxımdan uğurlu alınıb. Amma indi altlıqdan çox şey asılıdır və asfaltla arasında kiçik bir boşluq buraxmaq lazımdır. Bu, xüsusilə bordürlərdə nəzərə çarpır. Pilotaklıq dəyişdiyi üçün əvvəlcə çətin idi, amma öyrəşdik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*